“HÜÇ KİM İSRAİLİN VERSİYASINA İNANMIR…” - İordaniya XİN rəhbəri Qəzzada xəstəxananın partlaması haqda danışdı
2023-10-19 12:05:59
Qəzzada xəstəxananın partlaması ilə bağlı İsrailin versiyasına bölgədə heç kim inanmır.
Hurriyyet.az xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman Safadi deyib.
Safadi NBC-yə müsahibəsində deyib ki, müstəqil araşdırma aparılmasa, insanlar fələstinli yaraqlıların təsadüfən Əl Əhli xəstəxanasını bombalamasına inanmayacaqlar.
“İsrailə inanırsınızmı” sualına Safadi belə cavab verib: “Dünyanın bu hissəsində heç kim bu versiyaya inanmır”.
“Faciə ilə bağlı qüsursuz dəlillərlə müstəqil beynəlxalq araşdırma aparmaq, bunu edənin İsrail olmadığına dair insanların fərqli versiyanı qəbul etməsinin yeganə yoludur”, - deyə o, yekunlaşdırıb.
Ülviyyə ŞÜKÜROVA
Hurriyyet.az