📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hücum kalaşnikovla edilib - Rəsmi açıqlama

2023-01-27 10:47:00

Hücum kalaşnikovla edilib - Rəsmi açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin İrandakı səfirliyinə hücumla bağlı açıqlama yayıb.

Hurriyyet.az-ın xəbərinə görə, hücumun bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verdiyi bildirilib.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

“Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!”, - məlumatda qeyd olunub.

qafqazinfo.az