📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hulusi Akar ard-arda ikinci gün Şoyqu ilə danışıb

2022-11-01 19:19:00

Hulusi Akar ard-arda ikinci gün Şoyqu ilə danışıb

Hurriyyet.az xəbər verir ki, çərşənbə axşamı, noyabrın 1-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bugünkü danışıqların əsas mövzusu Rusiyanın “taxıl müqaviləsi” çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını dayandırması olub.

Bundan əvvəl Sergey Şoyqu və Hulusi Akar arasında telefon danışığı olub və onlar Rusiyanın “taxıl müqaviləsi”ndə iştirakının dayandırılmasını müzakirə ediblər.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələri Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün taxıl dəhlizinin yaradılması haqqında saziş imzalayıblar. Kənd təsərrüfatı məhsullarının ixracına İstanbuldakı Ortaq Koordinasiya Mərkəzi nəzarət edir.

Rusiya oktyabrın 29-da “taxıl müqaviləsi”ndə iştirakını dayandırdığını elan edib.

Hürr Tərcüman