📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hulusi Akar: “Ermənistan Azərbaycanla sülhə gəlməlidir” - Bu, Türkiyənin tələbidir

2023-04-05 15:11:00

Hulusi Akar: “Ermənistan Azərbaycanla sülhə gəlməlidir” -  Bu, Türkiyənin tələbidir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar aprelin 5-də Ankarada erməni hadisələri ilə bağlı seminardakı çıxışında Cənubi Qafqaz regionu ölkələri ilə dinc qonşuluq münasibətlərinin ilk növbədə Azərbaycan Ermənistan münasibətlərindən asılı olduğunu və Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin yalnız Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasından sonra mümkün olacağını bildirib.

Akar deyib: “30 il əvvəl Ermənistan qardaş Azərbaycan torpaqlarının 20%-ni işğal edib. Bundan sonra 1 milyon nəfərdən artıq Azərbaycan vətəndaşı qaçqına çevrilib. Azərbaycan o zaman 20 min şəhid verib, 5 min nəfərin isə aqibəti hələ də bəlli deyil. Bu, böyük bir qətliamdır. Bununla yanaşı, Xocalı soyqırımıdının da hafizələrdəki yeri hələ çox təzədir, aşkardır.

Beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş qərarmiş qərarlara, Azərbaycanın sülhpərvər, diplomatik addımlarını baxmayaraq,  bu problem həll eilmirdi. ABŞ, Fransa və Rusiyanın həmsədr olduqları ATƏT-in Misnk qrupunun problemi həll edə bilməməsi Ermənistanın təcavüzkarlığının şiddətlənməsinə səbəb olub.

Bu illərdə beynəlxalaq ictimaiyyət Azərbaycanın səsini eşitmirdi. Nəticədə Azərbaycan bu təhriklərə cavab olaraq Vətən müharibəsinə başlamağa məcbur oldu və bu savaş zamanı öz torpaqlarını işğaldan azad etdi.

Ermənistan ona uzadılmı sülh və dostluq əlini tutmalıdır. Türkiyə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması addımlarını dəstəkləyir.

Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Biz həmişə Azərbaycanın yanında olacağıq”.

Hürr Tərcüman

https://twitter.com/AA