📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hulusi Akar: “Hər zaman Azərbaycanın yanındayıq”

2022-09-13 14:33:00

Hulusi Akar: “Hər zaman Azərbaycanın yanındayıq”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənov ilə telefonla danışıb. Hulusi Akar dünən gecə Ermənistan təxribatçıları ilə döyüşlərdə şəhid olan Azərbaycan hərbçilərinə rəhmət, yaralılara isə şəfa dilədiyini bildirib.

Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın aqressiv mövqeyi və təxribatçı hərəkətlərinə qarşı olduğunu bildirərək, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu, bundan sonra da haqlı mübarizəsində tərəfində olmağa davam edəcəyini vurğulayıb”.

Hürr Tərcüman