Hulusi Akar: “İraqın şimalında 400 nəfərə qədər terrorçu zərərsizləşdirilib”
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu ilin aprel ayından bəri İraqın şimalında 400 nəfərə yaxın terrorçunun zərərsizləşdirildiyini bildirib.
Hulusi Akar Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülən və hərbi qüvvələrin komandanlarının iştirakı ilə videokonfrans formatında iclas keçirib.
Nazir regionda terrorçuluğa qarşı qətiyyətlə mübarizə aparılacağını bildirib. Hulusi Akar cari ilin 17 aprel tarixindən başlayaraq İraqın şimalındakı üç rayonda aparılan “Pəncə-Kilid” əməliyyatı çərçivəsində indiyə qədər 397 terrorçunun zərərsizləşdirildiyini söyləyib.
Onun sözlərinə görə, ümumilikdə ilin əvvəlindən bəri İraq və Suriyada 2 874 terrorçu zərərsizləşdirilib.
Hulusi Akar deyib: “Terrorçular möhkəmləndirilmiş sığınacaqlar tikir, mağaralarda gizlənirlər. Bəzi mağaraların 2-3 mərtəbəsi var. Türk ordusu addım-addım sərhəd rayonlarını terrorçulardan təmizləyir”.
Hürr Tərcüman