📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hulusi Akar koronavirus xəstəliyindən sağaldı

2022-02-15 17:10:00

Hulusi Akar koronavirus xəstəliyindən sağaldı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Kovid-19 xəstəliyindən sağalıb. Fevralın 6-da götürülən korona analizinin cavabı müsbət çıxmış Hulusi Akar koronavirusu yüngül formada keçirəndən sonra bu gündən etibarən vəzifəsini icra etməyə davam elədiyini söyləyib.

Nazir NATO ölkələrinin müdafiə nazirlərinin iclasında iştirak eləmək üçün bu gün Brüsselə yola düşdüyünü bildirib.

Hürr Tərcüman