Hulusi Akar “Pəncə-Kilid” əməliyyatı ilə bağlı açıqlama verdi
2022-09-12 22:11:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Pəncə-Kilid” əməliyyatı başlanandan bəri 371 nəfər PKK terrorçusunun zərərsizləşdirildiyini bildirib. Əməliyyat artıq 148 gün davam edir. Nazirin sözlərinə görə, əməliyyat zonasında terrorçuların 400-dən artıq sığınacağı məhv edilib, iki mindən artıq partlayıcı qurğu məhv edilib.
Hürr Tərcüman