📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hulusi Akar: “Sabah Rusiya ilə Ukraynanın hərbi nümayəndə heyətləri İstanbulda görüşəcəklər”

2022-07-12 21:58:00

Hulusi Akar: “Sabah Rusiya ilə Ukraynanın hərbi nümayəndə heyətləri İstanbulda görüşəcəklər”

Prezident Ərdoğanın diplomatik səyləri nəticəsində

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, sabah İstanbul şəhərində BMT-nin təmsilçilərinin də müşahidəçi qismində iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətlərinin görüşü keçiriləcək. Bu barədə xəbəri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar verib.

Görüşün məqsədi Ukrayna limanlarında qalmış taxılın təhlükəsiz şəraitdə xarici dövlətlərə yola salınmasının təmin edilməsidir.

Hulusi Akar qeyd edib ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın diplomatik səyləri sayəsində baş tutan qida böhranının nizamlanması danışıqları müsbət məcrada davam edir.

Akar bu səylər çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu və Ukraynanın Müdafiə naziri Aleksey Reznikovla məsləhətləşmələr apardığını söyləyib. Xatırladıb ki, Türkiyənin MN nümayəndələri Rusiya tərəfi ilə görüş üçün Moskvaya gedib, Ukrayna MN nümayəndələri isə Türkiyə MN-in Ankaradakı binasında danışıqlar aparıblar.

Türkiyənin Müdafiə naziri bu görüşlərin davamı olaraq sabah tərəflərin İstanbulda görüşəcəklərini bildirib.

RF XİN Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Pyotr İliç də iyulun 13-də Türkiyə, Rusiya, Ukrayna və BMT təmsilçilərinin Ukrayna taxılının limanlardan çıxarılması məsələsinin həlli üçün İstanbulda görüşəcəklərini  xəbər vermişdi.

Hürr Tərcüman