Hulusi Akar: Yunanıstan cinayət başında tutulub
2022-05-07 23:51:00
Yunanıstan son FRONTEX hadisəsi ilə cinayət başında tutuldu və nəhayət, Avropa Birliyi məhdud dərəcədə də olsa, hadisələri görməyə başladı. "Ölkə.az" xəbər verir ki, bunu Türkiyə
Milli Müdafiə Naziri Hulusi Akar deyib.
Nazir sərhəd təhlükəsizliyi ilə bağlı saxta xəbərlər, videolar və dezinformasiyalarla fərqli bir təsəvvür yaradılmağa çalışıldığını ifadə edib: “Bütün açıqlamalara və məlumatlara baxmayaraq, təəssüf ki, bəziləri anlamır, dinləmir, həqiqəti görməməkdə israr edir. Sərhədlərin qorunması milli məsələdir. Mehmetçik sərhədlərdə ona verilən imkanlardan ən səmərəli şəkildə istifadə edir, edilməsi lazım olanları uğurla icra edir”. \\Ölkə.az