📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hulusi Kılıç YAŞAT Fonduna 12 min manat ianə etdi

2021-11-05 11:22:00

Hulusi Kılıç YAŞAT Fonduna 12 min manat ianə etdi

Türkiyənin Azərbaycanda sabiq səfiri Hulusi Kılıç “YAŞAT” Fonduna ianə edib.

Hurriyyet.az xəbər verir ki, o, Bakıda keçirilən “Zəfər Yarmarkası"nı ziyarət edib.

Yarmarkada nümayiş edilən hərbi texnikalarla tanış olan H.Kılıç “YAŞAT” Fonduna pul köçürüb. Ümumilikdə o, bu günə qədər kitab satışından əldə etdiyi gəlirlərdən Fonda 12 min manat ianə edib.