📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Huqqa" restoranında DSX-nin baş gizirini öldürən şəxsin məhkəməsində QALMAQAL - VİDEO

2024-02-09 22:21:08

Paytaxtda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Hurriyyet.Az bildirir ki, Referans.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Camal Həsənov dindirilib.

O bildirib ki, əlbəyaxa dava zamanı özü 4 bıçaq yarası alıb: "Restoranda əyləşdik, qəlyan sifariş verdik. Bölgələrə aid olan mahnı sifariş vermək istəyəndə DJ ilə mərhum Cəsarət arasında anlaşılmazlıq yarandı. Mən onları ayırdım. Sonra tanımadığımız şəxslər bizə yaxınlaşıb etirazlarını bildirdilər. Təqsirləndirilən şəxslərdən Orxan Zeynalov qəfil bizə yumruq atdı, daha sonra 10 dəqiqə əlbəyaxa davamız oldu. Mən əlimi qaldırıb həmin şəxsləri sakitləşdirmək istədim. Çünki mərhum dostum Cəsarət çoxsaylı zərbələrdən ağır xəsarət almışdı. Bizi ayırdılar, lakin dəhlizdə və aşağıda yenidən davamız başladı. Cəsarətə bıçaq zərbələrinin vurulduğunu gördüm, amma kim tərəfindən vurulmasını görmədim. Mənim bədənimə də 4 bıçaq zərbəsi yetirilmişdi".

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

Məlum iclas zamanı təqsirləndirilən Orxan Zeynalov məhkəmədə qalmaqallı vəziyyət yaratmağa cəhd edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov təqsirləndirilən Orxan Zeynalova dəfələrlə sakit olmasını söyləyib.

Ətraflı videoda: