Hürrəmdən sonra bu obrazı canlandıracaq - FOTO
Türk ədəbiyyatının məşhur nümunələrindən olan Sabahattin Alinin “Xəz paltolu Madonna” romanı ekranlaşdırılır.
Hurriyyet.net xəbər verir ki, “Muhteşem 100 Yıl” serialında Hürrəm Sultan obrazı ilə tanınan Məryəm Üzerli filmdə Mariya Puder rolunu canlandıracaq.
1943-cü ildə nəşr olunan roman Raif Əfəndi ilə Mariya Puder arasındakı mürəkkəb sevgi hekayəsindən bəhs edir. Əsərin film adaptasiyası uzun müddətdir oxucular və kino həvəskarları tərəfindən gözlənilir.
Hürrəm Sultan obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan Məryəm Üzerli bu dəfə türk ədəbiyyatının ən yaddaqalan qadın obrazlarından birinə həyat verəcək.
Ssenarisi Mert Dikmen tərəfindən yazılan filmin çəkilişləri Türkiyə və Almaniyada aparılacaq. Layihədə yer alacaq digər aktyorların adları və filmin nümayiş tarixi hələlik açıqlanmayıb.