📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hüseyn Abdullayev həbsdəki vəziyyətini şeirlə təsvir etdi - "Ölümlə qalımın ortasındayam!"

2024-08-26 13:06:06

Hüseyn Abdullayev həbsdəki vəziyyətini şeirlə təsvir etdi -

6 illik həbsxana həyatından sonra azadlığa çıxmağa hazırlaşan Milli Məclisin sabiq deputatı Hüseyn Abdullayev yeni ittihamlarla üzləşib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abdullayevin səhhətinin pis olduğu da deyilir.

Hurriyyet.az xəbər verir ki, gununsesi.info-nun məlumatına görə, Hüseyn Abdullayev həbsxanada yazdığı yeni şeirində vəziyyətini təsvir edib.

Həmin şeiri təqdim edirik:

Qəlbimdə sızlayan yaram dərindir.
Elimdən ayrıyam, gör neçə ildir.
Yanan öz anamdır, yanan içimdir.
Alovnan şiddətin qarşısındayam.

Taqətim yox olmuş, tükənmiş gücüm
Bu haqsız dünyaya qalmayıb sözüm.
Nə səbrim çarədir, nə hədsiz dözüm
Ən çətin yolların ayrımındayam.

Vicdanım tərtəmiz, hiss etmədizmi?
Gör kimə zülm etdiz, heç dəyərdimi?
Keçmişim, gəncliyim heç bilərdimi?
Ölümlə qalımın ortasındayam.

Keçmişim, gəncliyim heç bilərdimi?
Hansı əzabların qarşısındayam.
Ölümlə qalımın ortasındayam.
Ölümlə qalımın ortasındayam!