📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hüseynbala Mirələmovun yerinə Vüqar Rəhimzadə SƏDR SEÇİLDİ

2021-09-10 10:30:00

Hüseynbala Mirələmovun yerinə Vüqar Rəhimzadə SƏDR SEÇİLDİ

Yeni Azərbaycan Partiyasınının Xətai rayon təşkilatına yeni sədr seçilib.

Hurriyyet.az unikal.org-a istinadən xəbər verir ki, yeni sədr “İki sahil” qəzetinin baş redaktoru, YAP-ın üzvü Vüqar Rəhimzadədir.

Qeyd edək ki, YAP Xətai rayon təşkilatının sabiq sədri Hüseynbala Mirələmov xanım işçisinə qarşı qeyri-əxlaqi hərəkətini əks etdirən video yayıldığına görə, aprel ayında tutduğu vəzifəsindən xaric edilib.