📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hüseyndən yollardakı təmirə etiraz: "İnsanlara əziyyət verirsiniz"

2026-09-20 18:26:42

Hüseyndən yollardakı təmirə etiraz:

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Bakının mərkəzi küçələrində (Ceyhun Hacıbəyli küçəsi) aparılan təmir işlərindən şikayətlənib.

Sənətçi sosial şəbəkədə paylaşım edərək yolun qazılmasına etirazını bildirib:

“Şəhərin mərkəzini yenə qazıblar, vəziyyət budur. Gül kimi yol idi, niyə qazmısınız? O qədər bərbad yollar var ki, buranı qazıb yaman günə qoyursunuz. Bu nə deməkdir axı, niyə belə edirsiniz? İnsanlara əziyyət verirsiniz”.Axşam.az