Husilər ABŞ-a xəbərdarlıq etdilər: “Əgər müharibəyə başlasalar...”
Hurriyyet.az xəbər verir ki, Yəməndəki husilərin lideri Ədülmalik əl Husi ABŞ-ın onlara qarşı müharibəyə başlayacağı təqdirdə, Yaxın Şərqdəki Amerika gəmilərinə hücum edəcəkləri barəsində xəbərdarlıq edib.
Əl Husinin bu çıxışı təşkilatın özünə məxus “Əl Məsirə” kanalında efirə gedib. O deyib: “Amerikalılar HƏMAS-ı dəstəklədiyimiz üçün bizi hədəfə alsalar, yaxud da bizə qarşı müharibəyə başlayıb gərginliyi daha da artırmaq kimi səhv hərəkət etsələr, biz buna laqeyd qalmayacağıq. ABŞ bizi hədəfə alsa, biz də raketlərimiz, dronlarımız və hərbi əməliyyatlarımızla ABŞ-ın hərbi gəmilərini və bölgədəki mənfəətlərini hədəfə alaraq cavab verəcəyik”.
Bəlli olduğu kimi, ABŞ bazar ertəsi günü açıqlama verərək, husilərin Qırmızı dənizdəki gəmilərə qarşı raket və dron hücumlarının qarşısını almaq üçün İngiltərə, Fransa, İtaliya də daxil olmaqla, 10 ölkədən iarət koalisiya qurduğunu bəyan edib.
Husilər İsrailin Qəzza bölgəsində əməliyyatları dayandırana qədər Qırmızı dəniz və Oman dənizindən keçən, İsraillə əlaqəsi olan gəmilərə hücumları dayandırmayacaqlarını bildiriblər.
Hürr Tərcüman