📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Husilər ABŞ gəmisini vurduqlarını bəyan ediblər

2024-01-31 12:15:53

Husilər ABŞ gəmisini vurduqlarını bəyan ediblər

Hurriyyet.az xəbər verir ki, husilər Qırmızı dənizdə ABŞ "USS Greeley" esminesini (eskadra mina gəmisi) atəşə tutduqlarını bəyan ediblər. Yəmənin "Ənsar Allah" təşkilatınının açıqlamasında deyilir: "Yəmənin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə Amerikanın "USS Greeley" esminesini bir neçə gəmiəleyhinə raket atıblar". 
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında "USS Greeley" esminesinin husilərin atdığı raketi dəf elədiyi, dağıntı və tələfatın olmadığı bildirilir.
Hürr Tərcüman