📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Husilər ABŞ hərbi gəmisini vurdular

2024-01-25 08:13:41

Husilər ABŞ hərbi gəmisini vurdular

Hurriyyet.az xəbər verir ki, Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri olan husilərin təmsilçisi Yəhya əl Sari ötən gecə verdiyi açıqlamada Ədən körfəzi ilə Babül Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə qarşı hərbi əməliyyat apardıqlarını bildirib.
Bəyanatda deyilir: "Bu gün Ədən körfəzi ilə Babül Məndəb boğazında ABŞ-ın hərbi gəmiləri və bir neçə esmines (eskadra mina gəmisi - red.) ilə toqquşma olub".  Qeyd edilir ki, əməliyyat nəticəsində Amerika hərbi gəmisi dəqiq atəşlə vurulub.
Hürr Tərcüman