Husilər ABŞ-ın mina gəmisini atəşə tutublar
2023-12-04 08:17:09
Hurriyyet.az xəbər verir ki, bazar günü ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Carney” adlanan esminesi (eskadra mina gəmisi) və bir sıra ticarət gəmiləri Qırmızı dənizdə Yəmən ərazisindən atəşə tutulub. “Əl Cəzirə” kanalının məlumatına görə, zərərçəkən olmayıb. Kanala məlumat verən Pentaqon məmuru husilərin nəzarəti altında olan ərazilərdən edilən dron və raket hücumlarının esminets heyəti tərəfindən dəf edildiyini söyləyib.
Hürr Tərcüman