Husilər Britaniya gəmisinə raket atdılar
2024-08-09 14:03:02
Hurriyyet.az xəbər verir ki, Yəmənin "Ənsər Allah" hərəkatının üzvləri - husilər Yəmənin Moxa limanının sahillərində üzən Britaniya gəmisinə hücum ediblər. Bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında ticarət əməliyyatları idarəsi X sosial şəbəkəsində məlumat verib.
Məlumatda atılan raketin gəminin yaxınlığında partladığı, heyətin zərər çəkmədiyi, bu səbəbdən də gəminin yoluna davam etdiyi bildirilir.
Hürr Tərcüman