Husilər: “Bütün məsuliyyət ABŞ-ın üzərinə düşür”
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, husilər Qırmızı dənizdə gəmilərə etdikləri hücumlara görə Vaşinqtonun məsuliyyət daşıdığını bəyan ediblər.
EFE agentliyinin məlumatına görə, husilər belə bir açıqlama veriblər: "ABŞ husilərin Qırmızı dənizdəki hər bir hücumuna görə məsuliyyət daşıyır. Çünki məhz Vaşinqton Qəzza sektorundakı münaqişənin alovlanmasına səbəb olub.
Biz xəbərdarlıq etmədiyimiz heç bir gəmiyə hücum etmirik. Xəbərdarlığa qulaq asıb uzaqlaşan gəmilər də, dayanmaq çağırışına məhəl qoymadan hücuma məruz qalan gəmilər də var. Biz Qırmızı dənizdə baş verənlərin hamısına görə, ABŞ-ın məsuliyyət daşıdığını bildiririk. ABŞ İsrail ilə HƏMAS arasındakı münaqişənin alovlanması və genişlənməsi yolunu seçib. Məhz bu səbəbdən biz Qəzzanın blokadasını və işğalını dayandırmaq üçün təzyiq göstərmək məqsədi ilə İsrail gəmilərinə və işğal altındakı Fələstinin limanlarına yollanan gəmilərə atəş açmağa başlamışıq".
Hürr Tərcüman