Husilər Ər-Riyada ballistik raketlə hücum edib
2026-11-15 17:23:22
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya paytaxt Ər-Riyada atılan iki ballistik raketi ələ keçirərək məhv edib.
Hurriyyet.net xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanındakı koalisiya sözçüsü general Turku Əl-Maliki açıqlayıb: "Hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyada atılan iki ballistik raketi ələ keçirib və məhv edib".
Bundan əvvəl Ər-Riyada hava hücumu xəbərdarlığı verildiyi barədə məlumatlar yayılmışdı.
Həmçinin 15 noyabrda koalisiya sözçüsü Səudiyyə Ərəbistanının şərqində iki PUA-nın ələ keçirilməsi və məhv edilməsi barədə məlumat verib.