📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Husilər iki gəmini vurdular

2024-06-24 16:59:12

Husilər iki gəmini vurdular

TRT Haber kanalının məlumatına görə, Yəməndə fəaliyyət göstərən husilər Qırmızı dənizdə və Hind okeanında iki gəmini raket və dron zərbəsi ilə vurduqlarını bəyan ediblər.
Husilərin mətbuat təmsilçisi Yəhya Seri öz açıqlamasında Qırmızı dənizdə "Trasvord Naviqator" adlı gəmini PUA zərbəsi ilə tam dəqiqliklə vurduqlarını bildirib. Seri "Stolt Sequoıa" adlı digər gəmini isə Hind okeanında raket zərbəsi ilə vurduqlarını söyləyib.
O, həmin gəmilərin "husilərin işğal altındakı Fələstin limanlarına girişin qadağan edilməsi qərarlarını pozduqları" üçün hədəfə çevrildiklərini deyib.
Hürr Tərcüman