📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Husilər neft müəssisələrini yandırdı – Səudiyyə Ərəbistanı bəyanat verdi

2022-03-26 12:32:00

Husilər neft müəssisələrini yandırdı – Səudiyyə Ərəbistanı bəyanat verdi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi öz “Tvitter” hesabında yazılı açıqlama verərək, İran tərəfindən dəstəklənən husilərin ölkənin müxtəlif rayonlarındakı dinc əhaliyə və neft müəssisələrinə qqarşı hücumlarını pisləyib. Bəyanatda deyilir: “İranın dəstəklədiyi husilərin ölkəmiə qarşı hücumları qanunların və  beynəlxalq normaların pozulmasıdır”. Açıqlamada bildirilir ki, ölkədəki neft müəssisələrinə qarşı təkrarlanan hücumlar səbəbindən beynəlxalq bazarda neft təchizatında baş verə biləcək çatışmazlıqlara görə, məsuliyyəti Səudiyyə Ərəbistanı daşımayacaq.

Nazirlik beynəlxalq ictimaiyyətin İranın husiləri ballistik raket və dron texnologiyaları ilə silahlandırmasının yaratdığı təhlükəni görməsinin əhəmiyyətli olduğunu bəyan edib.

Dünən Yəməndəki husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanının Ciddə şəhərində “Saudi Aramco” şirkətinə məxsus neft müəssisələrində yanğın baş verib.

Husilərin təmsilçisi Yəhya Seri Səudiyyə Ərəbistanının paytaxtı Riyad ilə yanaşı, Ciddə, Cizan və digər bəzi rayonlara PUA və raketlərlə hücumlar etdiklərini bəyan etmişdi.

Hürr Tərcüman