Husilər raket atdılar: "Britaniya gəmisi batmaq üzrədir"
2024-02-19 12:12:12
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Ədən körfəzində Britaniyanın "Rubymar" gəmisini vurduqlarını, nəticədə gəminin ciddi zədələndiyini və batmaq təhlükəsi altında olduğunu bəyan ediblər.
Açıqlamada deyilir: "Yəmənin Hərbi Dəniz Qüvvələrinin apardıqları hərbi əməliyyat zamanı Ədən körfəzində Britaniyanın "Rubymar" gəmisi bir neçə gəmi raketi ilə vurulub".
Qiyamçıların açıqlamasına görə, gəmi ciddi zərbə alıb, tam dayanıb və batmaq təhlükəsi altındadır.
Hürr Tərcüman