📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Husilər Tuhayta şəhərini ələ keçiriblər

2021-11-13 16:55:00

Husilər Tuhayta şəhərini ələ keçiriblər

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Yəməndə İran tərəfindən dəstəklənən husilər Hudeyde vilayətinin Tuhayta şəhərini ələ keçiriblər.

Hökumət qüvvələrinin şəhəri tərk eləməsinin ardından husilər heç bir müqavimətlə qarşılaşmadan oraya daxil olublar və dərhal özlərinə qarşı olan şəhər sakinlərini həbs etməyə başlayıblar.

Husilərə məxsus “Əl Məsira” televiziyasının xəbərində koalisiya qüvvələrinin Tuhayta şəhərinə havadan hücum elədiyi, hava hücumu nəticəsində 3 nəfəri uşaq olmaqla 4 nəfər dinc sakinin həlak olduğunu, iki nəfərin də yaraladığı bildirilmişdi.

Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından bəri paytaxt Sana və bəi bölgələrə nəzarəti əlində saxlayır. Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələri isə 2015-ci ilin martından etibarən Yəmən hökumətini dəstəkləyir.

 

Hürr Tərcüman