Husilərin atəşə tutduğu gəmidə ölənlərlə bağlı açıqlama
2024-03-07 13:47:26
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Filippin hökuməti husilərin Ədən körfəzində raket atəşi ilə vurduqları "True Confidence" gəmisində həlak olmuş dənizçilərin ikisinin filippinli olduğunu təsdiqləyib. İlk dəfədir ki, husilərin hücumu zamanı dənizçilər həlak olub.
Yaralanmış dörd dənizçidən ikisi filippinlidir.
Gəmi Barbados bayrağı altında üzüb.
Husilərin təmsilçisi, briqada generalı Yəhya Sari qeyd edib ki, gəmi heyəti onların xəbərdarlıq atəşinə məhəl qoymada üzməyə davam elədiyi üçün hücuma məruz qalıb.
Hürr Tərcüman