📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Husilərin hücumları beynəlxalq normaların pozulmasıdır

2022-03-26 12:23:00

Husilərin hücumları beynəlxalq normaların pozulmasıdır

Husilərin Səudiyyəyə qarşı hücumları qanunların və beynəlxalq normaların pozulmasıdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Tvitterdə yazıb.

Açıqlamada husilərin ölkənin müxtəlif bölgələrində mülki şəxslərə və neft obyektlərinə qarşı həyata keçirdikləri hücumlar qınanılıb.

Qeyd edək ki, dünən husilər tərəfindən Səudiyyə Ərəbistanının cənubunda yerləşən Samta şəhərində elektrik paylayıcı qurğu hədəf alınıb, hücumda sonra obyektdə yanğın başlayıb.