📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Husilərin Yəməndə limana zərbəsi nəticəsində yeddi nəfər ölüb

2026-08-10 17:38:37

Husilərin Yəməndə limana zərbəsi nəticəsində yeddi nəfər ölüb

Husilərin Yəmənin cənub-qərbində yerləşən Məxat limanına hücumu nəticəsində azı yeddi nəfər ölüb.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı Yəmən hərbi nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, üsyançılar limana və ətraf ərazilərə pilotsuz uçuş aparatları ilə 20-dən çox hücum həyata keçirib, həmçinin ballistik raketlərdən və minalanmış katerdən istifadə ediblər. Liman əməkdaşları arasında xəsarət alanlar var. Zərbələr işçilərin yaşadığı yaşayış evlərinə də endirilib, raketlərdən biri səhra hospitalının əməkdaşlarının yaşadığı binaya düşüb.

Telekanalın məlumatına görə, Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri bir neçə pilotsuz uçuş aparatını vurmağa nail olub.