📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İ: “Çin Tayvan ətrafına hərbçi toplayır”

2023-04-08 12:06:00

İ: “Çin Tayvan ətrafına hərbçi toplayır”

“ABŞ qırmızı həddi aşır”

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Çin Tayvan ətrafındakı rayonlarda hərbi təlimlər keçirməyə başlayır.

Çinin Milli Azadlıq Ordusu 8-10 aprel tarixlərində Tayvan adası rayonunda hərbi təlimlər keçirəcək. Bu barədə açıqlamanı Çin ordusunun Şərq Hərbi Komandanlığının təmsilçisi, polkovnik Şi İ verib.

Şi İ deyib: “Çin Milli Azadlıq Ordusunun Şərq Hərbi Komandanlığı 2023-cü il aprelin 8-dən 10-a qədər hərbi hazırlıq səviyyəsinin yoxlanılması planına uyğun olaraq, Tayvan ətrafında patrulluq və Tayvan boğazında, dənizdə və şimal tərəfdəki rayonların hava məkanında “Ortaq qılınc” təlimləri təşkil edir”.

ÇXR XİN-in bir müddət əvvəl etdiyi xəbərdarlıqda bildirilirdi ki, Amerika Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin Çinin etirazlarına baxmayaraq, Kaliforniyada Tayvan administrasiyasının başçısı Çay İnven ilə görüşməsinə cavab olaraq tədbirlər görüləcək.

Çin XİN-in açıqlamasında deyilir: “Birləşmiş Ştatlar ilə Tayvanın ciddi hüquq pozuntularına cavab olaraq Çin mili suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətli və eberjili tədbirlər görəcəkdir. Tayvan məsələsi Çinin əsas maraqlarının özəyidir və Çin-Amerika münasibətlərində keçilməz qırmızı xəttdir”.

Hürr Tərcüman