I Qarabağ müharibəsinin itkin-şəhidi Vüqar Babayev dəfn edilib
2026-02-19 13:25:39
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Babayev dəfn olunub.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Göyçayın Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Vüqar Səlim oğlu Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.


