İbrahim Kalın: ABŞ bizə F-16 satmaqdan imtina etsə...
2023-02-03 15:23:00
Türkiyə prezidenti R.T.Ərdoğanın mətbuat katibi İbrahim Kalın bildirib ki, “ABŞ Türkiyəyə F-16 qırıcılarını satmaqdan imtina etsə uduzan tərəf olacaq.
“Bu artıq bizdən çox onların problemidir. Sözsüz ki, biz hərbi müdafiə sahəsində ABŞ-la əməkdaşlıq etmək istəyirik. Amma onlar imtina etmək qərarına gəlsələr, bu onların öz seçimi olacaq. Bu məsələdə biz güzəştə getməyəcəyik. Türkiyənin hava hücumundan müdafiə və hərbi sənayenin digər sahələrində alternativləri var, biz bu sahəni inkişaf etdiririk. Bizim PUA-lar bütün dünyaya öz imkanlarını nümayiş etdirib”.
Ülviyyə, Hurriyyet.az