İbrahim Rəisi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI
2024-05-24 21:21:11
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.
"Fars" xəbər agentliyi Rəisini daşıyan helikopterin qatı duman səbəbindən məcburi eniş etdiyini və Rəisinin quru yolu ilə Təbrizə getdiyini açıqlayıb.
Dövlət televiziyası həmçinin qəza yerinə ilk tibbi yardım qruplarının göndərildiyini bildirib. \\Musavat.com