İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər olacaq - VİDEO
''İcbari tibbi sığortanın təkliflər paketi genişlənir''. Bunu İcbari tibbi sığorta üzrə dövlət agentliyinin departament rəhbəri Aynurə Əhmədova bildirib. Qurum rəsmisi vurğulayıb ki, vətəndaşlar xüsusi hallarda agentliklə müqaviləsi olmayan özəl tibb mərkəzlərinə də müraciət edə bilərlər. Agentlik daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb. Bununla da müqaviləli tibb məntəqələrinin sayı 27-dən 34-ə yüksəlib.
''İcbari Tibbi Sığortadan istifadə etmək istəyən vətəndaşlar agentliklə müqaviləsi olmayan özəl tibb mərkəzlərinə də müraciət edə bilərlər. Amma bu xüsusi hallarda baş verə bilər''. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova qurumun ötən ilki fəaliyyətinin yekunlarına həsr edilmiş brifinqdə deyib.
Aynurə Əhmədova bildirib ki, qurum tərəfindən xidmətə görə nəzərdə tutulmuş məbləğin ödənilməsindən sonra yaranan fərqi isə vətəndaşın özü ödəyir.
Departament rəhbərinin sözlərinə görə xaricdə təhsil alan həkimlər yüksək maaşla tibb müəssisələrinə cəlb olunacaqlar. Bunun üçün xüsusi proqram həyata keçiriləcək.
Bu arada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb. Buunla da müqaviləli tibb müəssisələrinin sayı 27-dən 34-ə yüksəlib.
Bundan əlavə tədbirdə bildirilib ki, icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 300-dən artıq yeni tibbi xidmətin əlavə olunması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər aparılır.
Xəzər TV