📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İçərisində Azərbaycan vətəndaşları olan GƏMİ BATDI

2022-04-16 09:00:00

İçərisində Azərbaycan vətəndaşları olan GƏMİ BATDI

Tunisin Qabes şəhərinin limanı yaxınlığında gəmi batıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Mosaique FM” radiosu mülki müdafiə idarəsindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilərək, vəziyyəti stabil olaraq Qabes xəstəxanasına çatdırılıb.

Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.