📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İçində 40 min manat olan ödəmə terminallarını oğurladılar

2026-05-09 20:19:17

İçində 40 min manat olan ödəmə terminallarını oğurladılar

Bərdə rayonunda yerləşən iki mağazada ödəmə terminallarından 40 min manat oğurlanıb.

Bu barədə Hurriyyet.az-a Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.