📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İcra başçılarının dərdi vətəndaşın deyil, təyinedənin xoşuna gəlməyə çalışmaqdır" - NATİQ CƏFƏRLİ

2023-06-22 11:34:00

"Əvvəl çətinliklə rus dilində danışan köhnə icra başçılarını indi ingilis dilində yaxşı danışa bilən yeniləri əvəz edib, amma heç nə dəyişməyib, ingilisdilli qalstuklular rusdilli qalstuklulardan daha betərdir"

"İcra başçılarının vətəndaş qarşısında heç bir məsuliyyəti yoxdur ki, insanların xoşuna gəlsin, dərdi təyinedənin xoşuna gəlməyə çalışmaqdır. Nə vaxt ki, yerlərdə təyinolunmuşları seçilmişlər əvəz edəcək, o zaman da vətəndaş qarşısında məsuliyyət yaranacaq, sözünə, davranışına fikir verəcək, başqa yol yoxdur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

REAL-ın icra katibi bildirib ki, əvvəl çətinliklə rus dilində danışan köhnə icra başçılarını indi ingilis dilində yaxşı danışa bilən yeniləri əvəz edib, amma heç nə dəyişməyib: "İngilisdilli qalstuklular rusdilli qalstuklulardan daha betərdir. Çünki onların bu Vətənə bağlılıqları azdır, əsas hədəfləri karyera qurub, pul qazanıb vaxtında aradan çıxıb xaricdə yaşamaqdır. Köhnələr "kolxoz" olsalar da, heç olmasa torpağa bağlı idilər, xaricdə gəzmək, Vətəndə ölmək istəyirdilər. Yenilərin isə bu dərdi də yoxdur, pis mənada "kosmopolitdilər"" .

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az