📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi

2024-04-17 12:12:37

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi

Şuşa Şəhər İcra Hakimiyyətinin  keçirdiyi tenderlərin bir qismini adıçəkilən rayonun icra başçısının oğlu qazanıb.

Hurriyyet.az xəbər verir ki, gununsesi.info-nun xəbərinə görə, bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli yazıb.

“Məsələn, Şuşa işğaldan azad olduqdan sonra – 2021-ci ildə Bayram Səfərov 3 lot üzrə dövlət sifarişini oğlu RUFİS SƏFƏROVA məxsus “KƏKLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nə verib. Yəni Şuşa azad olandan sonra oğlunu “QALIB” elan edib”.

Məsələ ilə bağlı Bayram Səfərovun mövqeyini öyrənmək istəsək də icra başçısı danışmaqdan imtina edib.