📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısına ağır itki üz verdi

2026-03-13 20:34:54

İcra başçısına ağır itki üz verdi

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasova ağır itki üz verib.

Modern.az-ın məlumatına görə, icra başçısının atası Bəxtiyar Abbasov 74 yaşında vəfat edib.

Qeyd edək ki, Bəxtiyar Abbasov uzun müddət Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı təşkilatının sədri vəzifələrində işləyib.

Mərhum sabah Şamaxıda dəfn olunacaq. Yas mərasimi isə Şamaxı Cümə məscidində keçiriləcək.

Allah rəhmət eləsin!