📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısına etiraz

2022-01-24 16:07:00

İcra başçısına etiraz

Sosial şəbəkələrdə Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayevin şəhidlər xiyabanını ziyarət edərkən rayon şəhid ailəsinin etirazı ilə qarşılanan videosu yayılıb.

Hurriyyet.az Xəbəral.az-a istinadən xəbər verir ki, İcra başçısının qəbuluna düşməkdə çətinlik çəkən rayon sakini şəhidlər xiyabanında icra başçısına açıq etirazını bildirib.

Yaranan narazılığa dərhal reaksiya verən gənc başçı həmin xanımı qəbul edib, probleminin həll olunmasında köməklik göstərəcəyinə söz verib.