📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısının adından istifadə edərək, vətəndaşları aldadıb…

2021-10-05 00:22:00

İcra başçısının adından istifadə edərək, vətəndaşları aldadıb…

Göygöl rayonunu Qırıxlı kənd icra nümayəndəsi Elçin Əliyevin sakinlərin külli miqdarda pulunu mənimsədiyi iddia olunur

Göygöldə yaşayan jurnalist Dinara Danilova tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Rayonun Qırıxlı kənd icra nümayəndəsi Elçin Əliyevin qanunsuz əməllərindən yazan şikayətçi bildirir:

“Elçin Əliyev Göygöl rayonunun sabiq İcra başcısı Arif Seyidovun adından istifadə edərək, sakinləri aldatmışdır. Belə ki, o, sakinləri sabiq icra başcısı ilə tanış edərək, onlara Qırıxlı kəndində və rayonun digər ərazisində torpaq sahələri alıb verməsi barədə yalan vədlər vermişdir. İcra başcısı işdən kənarlaşdırılandan sonra məlum oldu ki, Elçin Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşları aldatmışdır. Bununla bağlı hələlik aidiyyəti orqanlar araşdırma aparırlar.

Digər məlumatlara görə, o, bir neçə şəxsə torpaq sahələri sataraq, saxta çıxarışlar etmişdir. Araşdırma zamanı məlum olub ki, Göygöl rayonunun Qırıxlı kənd icra nümayəndəsi eyni torpaq sahələrinə müxtəlif adamların adına çıxarışlar alıb. Bununla bağlı Baş Prokurorluq tərəfindəndə araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə oxuculara məlumat veriləcəkdir.

Göygöl rayonunun sabiq icra başcısının adı ilə vətəndaşları aldadaraq, onların külli miqdarda pulunu mənimsəyən Elçin Əliyev bir müddət sonra bildirib ki, “Arif Seyidov səhhəti ilə əlaqədar olaraq işdən öz ərzəsi ilə kənarlaşıb, hal-hazırda onunla əlqə saxlaya bilmirəm”. Bununla da vətəndaşların etibarından sui-istifadə edərək, onlara külli miqdarda zərər vurmuşdur.

Hazırda bununla bağlı araşdırmamız davam edir”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq