📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısının avtomobili qəzaya uğradı: yaralanan var – VİDEO

2022-02-01 20:07:00

İcra başçısının avtomobili qəzaya uğradı: yaralanan var – VİDEO

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin avtomobili qəzaya uğrayıb.

Hadisə Yevlax rayonunun Cəfər Cabbarlı küçəsində baş verib.

Beləki, Hyundai Santa Fe markalı, 09-AA-159 dövlət qeydiyyat nişanlı avtomobil VAZ 21015 markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ 21015 sürücüsü ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi Xəstəxasına çatdırılıb.

Qeyd edək ki, Hyundai Santa Fe markalı, 09-AA-159 dövlət qeydiyyat nişanlı avtomobil Vidadi İsayevin şəxsi ailə avtomobilidir.

Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

 

(kanals.az)