📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısının müavini işdən çıxarıldı

2025-04-29 12:09:24

İcra başçısının müavini işdən çıxarıldı

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb. 

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əhmədova Sevil Kazım qızı bir neçə gün əvvəl yaşa görə təqaüdə göndərilib. 

Bu barədə İcra Hakimiyyətinin başçısı Nahid Bağırov müaviq əmr imzalayıb. 

Qeyd edək ki, Sevil Kazım qızı Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda çalışıb, 2000-ci ildən İcra Hakimiyyətində yenidən dövlət qulluğunda fəaliyyət göstərməyə başlayıb. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 

Qaynarinfo.az