📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısının müavini təyin edildi

2025-06-04 11:18:20

İcra başçısının müavini təyin edildi

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Hurriyyet.az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə icra başçısı Coşqun Cəbrayılov Əmr imzalayıb.

Əmrə əsasən, Şahsultan Həsənov Nizami RİH başçısının müavini vəzifəsinə gətirilib.

O, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktor müavini işləyib.