📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısının müavini vəzifədən uzaqlaşdı – FOTO

2023-01-10 23:20:00

İcra başçısının müavini vəzifədən uzaqlaşdı – FOTO

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova tutduğu vəzifədən uzaqlaşıb.

Qeyd edək ki, o 2013-cü ildən etibarən Xaçmaz Rayon İcra Hakimiyyətində çalışıb. Əvvəl sosial-iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsinin müdiri başçının müavini, daha sonra icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 2018-ci ildən bəri isə icra başçısının birinci müavini vəzifəsində çalışıb..

İlhamə Nəzərova vəzifədən uzaqlaşmasını 7times.az-a təsdiqləyib. O qeyd edib ki, işdən öz istəyi ilə çıxıb və dövlət qulluquçusu fəaliyyətinə başqa bir sahədə davam edəcək.