📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra Hakimiyyətinin 2,4 milyon manatlıq iki tenderini – EYNİ ŞİRKƏT UDDU

2022-10-24 14:44:00

İcra Hakimiyyətinin 2,4 milyon manatlıq iki tenderini – EYNİ ŞİRKƏT UDDU

Quba Rayonu İcra Hakimiyyəti “Quba rayonu ərazisində abadlıq işlərinin satınalınması” və “Quba rayonunun rayondaxili avtomobil yollarının əsaslı təmiri” tenderlərinin nəticələrini açıqlayıb.

Hurriyyet.az fed.az-a istinadla xəbər verir ki, hər iki tenderin qalibi "TALEH-A.T." Müəssisəsi olub. Şirkətlə birinci tenderlə bağlı 1 milyon 347 min 801 manat, ikinci tenderlə bağlı 1 milyon 120 min 811 manat, ümumilikdə isə 2 milyon 468 min 612 manat dəyərində müqavilə imzalanıb.