İcra şöbəsinin rəisi Mübariz Məmmədov işdən çıxarıldı - Nöqsanlara görə
2021-12-11 19:50:00
Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə icra şöbəsinin rəisi işdən çıxarılıb.
Ədliyyə polkovniki, baş ədliyyə müşaviri Məmmədov Mübariz Budaq oğlu tutduğu vəzifədən azad edilib.
3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi olan Mübariz Məmmədovun xidmətdə yol verdiyi nöqsanlara görə işdən azad edilib.
Əldə etdiyimiz məlumata görə, o, daha aşağı vəzifəyə, Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib. \\AzFakt.com