📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İdarəetməni itirib “Mercedes”i ağaca çırpdı - Yaralanan var+Foto

2026-08-23 22:33:28

İdarəetməni itirib “Mercedes”i ağaca çırpdı - Yaralanan var+Foto

Gəncədə idarəetməni itirən sürücü “Mercedes” markalı avtomobili ağaca çırpıb.

Hurriyyet.media  xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Yusif Sadıqov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.