📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İDDİA - Avropanın tanınmış klubu 24 saat içində Mahiri TRANSFER EDƏCİK

2022-02-02 22:56:00

İDDİA - Avropanın tanınmış klubu 24 saat içində Mahiri TRANSFER EDƏCİK

Millimizin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına keçməyə yaxındır.

Adıçəkilən klub 24 yaşlı hücumçunun transferini sutka ərzində açıqlayacaq.

Bu barədə informasiyanı Polşanın "sport.tvp.pl" saytı yayıb.

Xatırladaq ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli Polşa Ekstraklasasında Plotsk "Visla"sıyla oyundan (1:0) sonra azarkeşlərin hücumu nəticəsində xəsarət və psixoloji zərbə aldığını əsas gətirərək komandanın təlim-məşq toplanışına qatılmayıb. \\Offsideplus.az